“Qarabağ” məğlub oldu

0
67

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün play-off mərhələsi çərçivəsində keçirilən “Linfild” – “Qarabağ” qarşılaşması başa çatıb. İsveçrəli hakimlər briqadasının idarə etdiyi bu matçda Qarabağ 2:3 hesabı ilə məğlub olub.

Belfastdakı “Windsor Park” stadionunda oynanılan görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Faysal Rerras, Bədavi Hüseynov, Miçel, Dani Kintana, Qara Qarayev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi – Şimali İrlandiyanın “Linfild”ın heyətində isə meydana Rohan Ferguson, Kris Kasement, Mark Stafford, Ryan Mcgivern, Metyu Klark, Jamie Mulgrev, Stephen Fallon, Kirk Millar, Bastien Heri, NiallQuinn və Shayne Laveri çıxıblar.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani” klubunu mübarizədən kənarlaşdırıb – 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub – 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra Monteneqro “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb (2:1, 3:2).

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

22 avqust

Avropa Liqası

Pley-offun llk oyunları

“Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 3:2
Qollar:
 Faysal Rerras, 15 (0:1), Stafford, 40 (1:1), Leyveri, 45+1 (2:1), 74 (3:1), Maqaye Qeye, 90+3-pen. (3:2)
Baş hakim: Sandro Şerer (İsveçrə) 
“Vindsor Park”. Belfast