Bu dəfə Gəncəyə üz tutdular

0
83

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi ”Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili “ adlı layihə həyata keçirir.

Layihənin əsas məqsədi vətənin müdafiəsində şəhid olmuş şəxslərin övladlarının tətil dövründə asudə vaxtının təşkilinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdan ibarətdir. Bu dəfə isə  layihə iştirakçəları Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncəyə səfər ediblər. Layihə iştirakçıları  dahi şair Nizami Gəncəvinin məqbərəsinə, görkəmli tarixi şəxsiyyət olan Cavad xanın türbəsinə, onun yaxınlığında yerləşən Şah Abbas məscidinə, Xan bağına, Gəncə Dövlət Diayarşünaslıq Muzeyinə, Gəncə Qala Qapılarına və hamıda maraq doğuran Butulka evə baş çəkiblər.

Esmira Hidayətova, Mingəçevir