Mingəçevirdə məhəllələrarası şəhər birinciliyi davam edir

0
203

Mingəçevir Şəhər Gənclər və idman idarəsi, Mənzil İstismar sahələri ilə birgə yay tətili günlərində idmanın müxtəlif növləri üzrə məhəllələrarası şəhər birinciliyi keçirilir. Artıq futbol və dama yarışları başa çatıb.

Yarışların qaliblərinə kubok və diplomlar təqdim olunub. Bu münasibətlə təşkil olunan mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edib. Başçı çıxışında gənclərə uğurlar arzulayıb və hər birini təbrik edib. İlham İsmayılov  idmana göstərilən dövlət qayğısından da danışıb və bildirib ki, şəhərimizdə yaradılan nümunəvi məhəllələrdə uşaqlar və yeniyetmələr də yaddan çıxmır. Onların asudə vaxtlarının səmərəli təşkili üçün idman qurğuları, mini futbol meydançaları da yaradılır.

Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli isə çıxışında bu yarışların əsas məqsədinin gənclər arasında  idmana marağı artırmaqdan ibarət olduğunu bildirib. Sonda qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, idmanın digər növləri üzrə yarışlar davam etdirilir.

Esmira Hidayətova, Mingəçevir