“Alo” sözü necə yaranıb?

0
86

İndi telefonu tamamilə adi bir cihaz kimi qəbul edir və onun vasitəsi ilə hər mövzuda danışa bilirik. Ancaq telefon söhbətində ilk söz adətən “alo” olur. Maraqlıdır, bu söz hardan gəlib və nə deməkdir?

Telefonun ixtiraçısı Aleksandr Bell sayılır, lakin bu cihazın təkmilləşdirilməsinə və yayılmasına böyük töhfə verən amerikalı ixtiraçı Tomas Edisondur. Məhz Tomas Edison dünyanın bir çox ölkələrində bütün telefon danışıqlarını başladan sözü müəyyən edib.

1877-ci ilin avqustunda Tomas Edison böyük teleqraf şirkətlərindən birinin başçısı ilə yazışmalar aparır. Əsas mövzulardan biri səs siqnallarını ötürmək və qəbul etmək üçün bir cihazdan istifadə zamanı danışıqların qaydaları ilə bağlı idi. Söhbətin başlanğıcı üçün Edison “hullo” sözünü istifadə etməyi təklif edir. Telefonun ixtiraçısı olan Aleksandr Bell isə “ahoy” sözünü istifadə etməyi üstün tutur (iki gəmi suda qarşılaşdığı zaman istifadə olunan dəniz salamı). Belə nəticəyə gəlmək olar ki, “alo” sözü “hullo” sözünün tələffüzünün bizim dilə uyğunlaşmış variantıdır. Ancaq bu söz bizə Amerika Birləşmiş Ştatlarından deyil, yerli dialektə bağlı olaraq iki variantın yayıldığı Avropa ölkələrindən gəlib: orijinal “alo” və bir qədər dəyişdirilmiş “alyo”.

Lakin maraqlıdır ki, “hullo” sözü bütün ölkələrdə məşhur olmadı. Məsələn, Yaponiyada telefona cavab verərkən “mosi-mosi” (danışıram), Yunanıstanda “parakalo” (buyurun), İspaniyada “diga” (danış) deyirlər.