Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib

0
22

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib və həmin dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə əlaqədardır. Azərbaycan Respublikası Prezidenti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1650-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir