Mübariz Mənsimov “Rəsulzadə” gəmisinin qəzaya düşdüyünü təsdiqlədi

0
62

Bir neçə gün əvvəl Palmali Holdinqin istifadəyə verdiyi “Mammad Amin Rasulzadeh” gəmisi qəzaya uğrayıb.

alpaninfo.com yeniavaz.com-a istinadən xəbər verir ki, limanda dayanmış gəmini “Doric Warrior” adlı gəmi vurub.

Bu haqda məlumat yayan “Palmali” prezidenti Mübariz Mənsimov bildirib: 

“Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vuruldu. Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Onu da deyim ki, “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyük gəmidir”.