Mingəçevirdə qayğıya ehtiyacı olan 1150 ailəyə qurban payı verilib

0
256

Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də qeyd edilib. Bu münasibətlə Turizm Kollecinin həyətində tədbir təşkil olunub. 

İctimayyət nümayəndələrinin qatıldığı tədbirdə əvvəlcə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək müqəddəs Qurban bayramı münasibəti ilə bütün İslam dünyasını təbrik edib və bu günlərdə ehtiyacı olan  hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra o, möhtərəm Prezidentimiz İlham Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi qiymətdən danışmaqla yanaşı, belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü kimi də xarakterizə edib. Bildirib ki, o gün olsun ki,  işğal altında olan torpaqlarımız azad olunsun və bu qurbanları Qarabağ torpaqlarımızda kəsək.

Daha sonra ictimayyət nümayəndələri adından Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov çıxış edərək müqəddəs bayram münasibəti ilə təbriklərini çatdırıb. Dualar oxunduqdan sonra  İcra hakimiyyətinin təşəbbüsü  ilə  qurbanlıq heyvanlar kəsilib, 1150 xüsusi qayğıya ehtiyacı olan ailəyə   paylanılıb.

Esmira Hidayətova, Mingəçevir