Yay məktəbi iştirakçıları Qarabağ veteranları ilə mahnılar ifa etdilər

0
108

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi ”Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili“ adlı layihə həyata keçirir.

İki həftə ərzində seçilmiş şəhid övladları üçün maraqlı məşğələlər, intellektual oyunlar, bacarıqların nümayişi və səyahət təşkil olunur.

Layihənin əsas məqsədi vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün yay məktəbinin təşkili yolu ilə onların tətil dövründə asudə vaxtının təşkilinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdan ibarətdir. Layihənin növbəti  tədbiri bu gün keçirildi. Tədbirdə ASDİB-nin sədri, layihə rəhbəri, pedaqoq, veteranlar yay məktəbi iştirakçıları, konullulər iştirak etdilər. Tədbirin əsas mahiyyəti məktəblilərə şəhərin mədəniyyət və incəsənət yerləri ilə tanış etmək, onlara həmin yerlər haqqında məlumat verməkdən ibarət idi.

Tədbirdə yay məktəbi iştirakçıları ilə Qarabağ veteranları musiqi alətlərində mahnılar ifa etdilər,  vətənpərvərlik ruhunda mahnılar oxudular. Daha sonra yay məktəbi iştirakçıları şəhərimizin  mədəniyyət və incəsənət yerlərinə ekskursiya etdilər. Onlar Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Muzeyində və Mingəçevir Rəsm Qalereyasında gəzintidə oldular. Məktəblilərə ekskursiya çərçivəsində tarıxı abidələr, eksponatlar, rəsmlər barədə ətraflı məlumat verildi .

Esmira Hidayətova, Mingəçevir