Balakəndə zəlzələ olub

0
87

Avqustun 8-də Zaqatala stansiyasından 24 kilometr qərbdə – Balakən rayonu ərazisində 3 maqnituda gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 18:58-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.