Məktəbin tarixində ilkə imza atılıb

0
135

2018-2019-cu tədris ili üzrə ümumtəhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən Mingəçevir şəhəri 7 №li tam orta məktəbin məzunları Siraclı Nurtac Vüqar qızı qızıl medalla, Əhmədli Fatimə Anar qızı gümüş medalla təltif edilmişlər.


 Məktəbin direktoru Anar İsmayılov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra məktəbimizin tarixində ilk dəfə olaraq məzunumuz qızıl medala layiq görülür.
 Anar İsmayılov Siraclı Nurtac Vüqar qızına Tam orta təhsil haqqında Xüsusi Nümunəli Attestat və qızıl medal, Əhmədli Fatimə Anar qızına Tam orta təhsil haqqında Xüsusi Nümunəli Attestat və gümüş medalı təqdim edib. Anar müəllim təltif olunan məzunları və valideynlərini təbrik edərək onlara tələbə adını qazanmağı və ölkəmizə layiqli vətəndaş olmağı arzulayıb.

Esmira Hidayətova, Mingəçevir