Bu dəfə də festivalın proqramı zəngin olacaq

0
23

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Həmişə olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin olacaq.