”Şəhid ailələrinin uşaqları üçün yay məktəbi davam edir

0
150

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi ”Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili “ adlı layihə həyata keçirir.

Mingəçevirdə və ətraf ərazilərdə yaşayan şəhid uşaqları üçün iki həftəlik yay məktəbinin təşkilinə start verilib. İki həftə ərzində seçilmiş şəhid övladları üçün maraqlı məşğələlər, intellektual oyunlar, bacarıqların nümayişi və səyahət təşkil olunacaqdır.

Layihənin əsas məqsədi vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün yay məktəbinin təşkili yolu ilə onların tətil dövründə asudə vaxtının təşkilinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdan ibarətdir. Layihənin ikinci tədbiri 07.08.2019 –cu il tarixində baş tutdu.Tədbir vətənpərvərlik mövzusunda oldu.

Belə ki, Qarabağ müharibəsinin könüllü iştirakçıları tədbirdə iştirak etdilər. Veteranlar keçdikləri məşəqqətli müharibə günlərini onlarla bölüşdülər. Uşaqlar da onlara maraqlı gələn sualları müharibə iştirakçılarına ünvanladılar. Şəhid ailələrinin uşaqları ilə veteranlar arasında maraqlı diskussiya alındı. Tədbirdə həmçinin ASDİB-nin sədri , layıhə rəhbəri, pedaqoq Mehtiyeva İlahə, psixoloq Allahverdiyeva Reyhan xanım da çıxış etdilər. Məktəblilər  həmçinin Kür sahilində, Riverside Otelinde  gəzintidə oldular. Uşaqlar orada maraqlı oyunlar oynadılar, gəmi ilə Kür çayını gəzdilər. Bir sözlə əyləncə dolu gün keçirdilər.

Esmira Hidayətova, Mingəçevir