İlin qızıl finalı

0
124

 

   Mingəçevir Texniki Humanitar liseyi  ötən tədris ilinin uğurları ilə yanaşı bu il yeni uğurlara imza atıb.  Məktəblilərin fənn olimpiadalarında, bilik və idman yarışlarında, ədəbi-bədii tədbirlərdə müvəffəqiyyətləri hər zaman kollektivin  sevincini  artırmışdır. Məzunların  yüksək nəticələrlə ali təhsil ocaqlarına qəbul olunması isə bu liseyin bir ənənəsidir. Belə ki, lisey bu ildə “ilin qızıl finalına”imza atıb. Mingəçevir şəhərinin 4 qızıl medalçılarından ikisi liseyin məzunlarıdır. Medalçılardan biri Leyla Məmmədova, digəri Şəbnəm İsmayılovadır.

Məktəbin direktoru Nailə Məmmədova bildirdi ki, Leyla Məmmədova sənədlərini hüquq fakultəsinə verib və 679 bal toplayıb. Həmçinin Leylaya xüsusi nümunəli attestat da təqdim olunub. Şəbnəm isə 674 bal toplayıb. Bu gün liseydə məzunlara medalları təqdim olunub.

 

  Məktəb rəhbərliyi eyni zamanda vurğulayıb ki, ali məktəblərə yüksək balla qəbul olanların sayı ilbəil artmaqda davam edir: ”Şübhə yoxdur ki, bu, qarşısına cəmiyyətimiz üçün layiqli vətəndaşların formalaşdırılıması kimi müqəddəs amal qoymuş pedaqoji kollektivin gərgin əməyinin nəticəsi idi. Bu təhsil ocağı yaranan gündən gənclərin yüksək mənəvi ideyalar, milli və bəşəri duyğular, vətəndaşlıq ruhunda tərbiyə olunması prioritet təşkil etmişdir”.

 

Onu da qeyd etməyə dəyər ki,   məktəb zamanın inkişaf dinamikası ilə ayaqlaşmağı qarşıya bir nömrəli vəzifə kimi qoymuşdu. Keçilən yola nəzər saldıqda görmək mümkündür ki, istər müstəqilliyimizin ilk illərində, istərsə də təhsil islahatlarının uğurla tətbiq olunduğu 21-ci əsrdə zamanın nəbzi bu təhsil ocağının pedaqoji kollektivinin ürəyində, onların böyük həvəslə dərs keçdikləri şagirdlərinin qəlbində döyünmüşdür.

Esmira Hidayətova,Mingəçevir.