“Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib

0
96

Avqustun 5-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün pley-off mərhələsinin püşkü atılıb. Püşkün nəticələrinə əsasən üçüncü təsnifat mərhələsində Kiprin “APOEL” komandası ilə görüşəcək Ağdamın “Qarabağ” klubu pley-off mərhələsinə yüksələcəyi təqdirdə “PAOK” (Yunanıstan) – “Ayaks” (Hollandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Püşkün nəticələrinə əsasən, həmçinin “GNK Dinamo” (Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) qarşılaşmasında üstün olan tərəf “Maribor” (Sloveniya) – “Rosenborq” (Norveç) duetinin qalibi ilə görüşəcək. “CFR 1907” (Rumıniya) – “Seltik” (Şotlandiya) qarşılaşmasında mərhələ adlayan komandanın rəqibi isə Çexiyanın “Slavia Praqa” klubu olacaq. İsveçrənin “Yanq Boyz” klubu isə “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) duelinin qalibi ilə görüşəcək.

“Bazel” (İsveçrə) – “LASK” (Avstriya) duelində mərhələ adlayan komanda “Brügge” (Belçika) – “Dinamo Kiyev” (Ukrayna) görüşündə üstün olan komanda ilə üz-üzə gələcək. “Başakşəhər” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) görüşündə mərhələni keçən komandanın rəqibi “Krasnodar (Rusiya) – “Portu” (Portuqaliya) duelinin qalibi olacaq.