“APOEL” – “Qarabağ” matçını italiyalı hakimlər briqadası idarə edəcək

0
108

“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2019-2020 mövsümün III təsnifat mərhələsi çərçivəsində səfərdə Kiprin APOEL komandası ilə keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Avqustun 6-da Nikosiyadakı “GSP” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.