“Neftçi” mərhələ adladı

0
111

Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal”ı (Tula, Rusiya) məğlub edib. “Bakcell Arena”da keçirilən görüşdə “Neftçi” rəqib qapısından üç cavabsız top keçirib.

Bakı təmsilçisinin heyətində Rauf Əliyev, Dario Frederiko və Mamadu Mboj fərqləniblər.

Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. İki oyununun nəticəsinə görə, “Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

“Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə görüşəcək. Bu oyunlar avqustun 8-də və 15-də keçiriləcək.

“Qəbələ” isə avrokuboklarda mübarizəni dayandırıb.

Azərbaycan kubokunun qalibi Avropa Liqasının II təsnifat mərhələsini adlaya bilməyib.

Yarışa bu raunddan başlayan Sənan Qurbanovun yetirmələri Gürcüstanın “Dinamo” klubu ilə cavab oyununda da uduzub. Evdə iki cavabsız qol buraxan “Qəbələ” Tbilisidəki görüşdə 0:3 hesabı ilə məğlub olub. Meydan sahibləri hər üç qolu fasilədən sonra vurublar