Başçı səyyar görüşləri davam etdirir

0
127

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü davam edir. Bu dəfə  keçirilən səyyar görüş Naxçıvan küçəsi 38, 40, 40a və A.Şaiq küçəsi 3 nömrəli yaşayış binalarının sakinlərini əhatə edən Azərbaycan İES yaşayış massivində təşkil olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələnləri ilk olaraq salamlayıb və qeyd edib ki, Naxçıvan, C.Əliyev, Təbriz küçələrində və digər yerlərdə yollar asfaltlanmış, səkilərə bördürlər qoyulmuş, yaşıllıq sahələrinin ərazisi genişləndirilmişdir: “Bütün bunlar göstərir ki, sakinlərin qaldırdıqları hər bir problem ciddi nəzarətə götürülərək əməli tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin bizə verdiyi tapşırıq və tövsiyyələr də məhz belə işgüzarlıq şəraitində işləməkdən ibarətdir”.

Sonra görüşdə iştirak edən sakinlər çıxış edərək ölkə rəhbərinə, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda onları narahat edən problemləri – su-kanalizasiya xətlərinin bərbad vəziyyətdə olmasından, zirzəmilərdə anti-sanitariya vəziyyətinin mövcudluğundan, əsaslı təmirdən çıxarılmış binaların dam örtüklərinin bərbad vəziyyətə düşməsindən, yaşayış binalarına yaxın olan iaşə obyektlərinin normal fəaliyyət göstərməməsindən, işıqlanma sisteminin zəifliyindən söz açıblar. Onlar, həmçinin magistral yolda avtobus dayanacaqlarının qoyulmasına ehtiyac olmasını da bildiriblər.  Şəhər İcra Hakimiyyətinin başçısı hər bir məsələyə aydınlıq gətirməklə görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verib. Əmin edib ki, onların qaldırdıqları mühüm məsələlər mərhələ-mərhələ həllini tapacaqdır.

Esmira Hidayətova, Mingəçevir.