Mingəçevir İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında
könüllülük fəaliyyətini daha da genişləndirir. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət
Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri
Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin
potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin
fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi
biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə
çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi
qoyulmuşdur. Bu məqsədilə Mingəçevir İcra Hakimiyyəti, Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə
ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə
başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə
qoşulmuş, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə
iştirak etmişlər. Mingəçevir İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə
könüllülük fəaliyyəti təşkil olunmuşdur.

Bu gün Mingəçevir İcra Hakimiyyətində təcrübə keçən “ Könüllü”lərə sertifikatlar verilib. Tədbirdə başçı İlham İsmayılov, Aparatın nümayəndələri və könüllülər iştirak ediblər. Tədbirdə icra başçısı qeyd edib ki Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulanıb.

Artıq İcra Hakimiyyətində ikinci dəfə könüllülərin fəaliyyətindən istifadə edildiyi qeyd edilib. Könüllülər vətəndaşlarla keçirilən səyyar qəbullarda və eləcə də gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər. Sonra 4 könüllüyə Mingəçevir İcra Hakimiyyəttərəfindən sertifikatlar təqdim olunub, xatirə şəkili çəkdirilib.
Esmira Hidayətova, Mingəçevir