ADMİU-nun tələbəsi Nicat Əhmədov “Baltk debütləri” festivalının diplomuna layiq görülüb

0
102

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və Televiziya fakültəsinin Operator sənəti ixtissı üzrə 4-cü kurs tələbəsi Nicat Əhmədov S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ВГИК) təşkil etdiyi 11-ci Beynəlxalq Yay Kino Məktəbində iştirak edib. 100 yaşlı kino məktəbinin təşkilatçılığı ilə keçirilən yay məktəbində Azərbaycanla yanaşı, Çin, Özbəkistan, Ekvador, Macarıstan və Belarusdan tələbələr iştirak edib. Nicat Əhmədov Beynəlxalq Yay məktəbinin Animasiya seksiyasına qatılıb. Seksiyanın əsas mövzusu Svetloqorsk şəhəri, onun tarixi, mifləri və əfsanələri olub.

Kino məktəbinin iştirakçıları üçün animasiya və multimediya fakültəsinin tədris auditoriyalarına, kompüter siniflərinə və pavilyonlarına eksursiya təşkil edilib. Tələbələr həmçinin qabaqcıl animasiya texnologiyaları ilə işləyən Motion Capture (Hərəkətin tutulması) pavilyonu ilə tanış olublar.

Tələbələr birlikdə böyük multimediya layihəsində iştirak edib, həmçinin kiçik qruplar şəklində eksperimantal və qarışıq texnikalar əsasında kiçik animasiya və multimediya süjetlərinin hazırlanması üzərində çalışıblar. Tələbələrin hzırladığı işlər ÜDKİ-nin rəsmi saytında yerləşdirlib. 

Yay məktəbi çərçivəsində iştirakçılara məşhur İsveçrə rejissoru Otto Adler, həmçinin Rusiyanın tanınmış kino mütəxəssisləri Yelena Yaremenko, Aleksey Zayçev və Stanislav Sokolov ustad dərsi keçiblər.

Yay məktəbinə qatılan tələbələr, həmçinin “Baltk debütləri” kino festivalının jüri sədri Marko Müller, kinoşünas Alena Şumakova, “Listapad” Minsk Beynəlxalq Kino Festivalının proqram direktoru İqor Sukmanov, finlandiyalı prodüser və ssenarist İlkka Matila, ÜDKİ-nin rektoru Vladimir Malışev, “ÜDKİ-Debüt” prodüser mərkəzinin baş direktoru Fedor Popovla da tanış olmaq imkanı qazanıblar.

Azərbaycanlı tələbə yay məktəbində təhsil aldığı ADMİU-nu təmsil edib, öz ideyaları haqqında danışıb. Nicat Əhmədov Yay məktəbində fəal iştirakına görə S.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun sertifikatına və “Baltk debütləri” kino festivalının diplomuna layiq görülüb.