“Qarabağ”a qolsuz heç-heçə də kifayət edir

0
30

Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində cavab görüşləri keçirilir. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində cavab qarşılaşmasını bu gün keçirəcək. Birinci oyunda səfərdə İrlandiyanın “Dandulk” komandası ilə 1:1 hesablı heç-heçə edən ağdamlılar rəqibi “Dalğa Arena”da qəbul edəcəklər. Növbəti mərhələyə vəsiqə üçün ağdamlılara qolsuz heç-heçə də kifayət edir.

İyulun 31-də oynanılacaq digər cavab qarşılaşmaları aşağıdakılardır:

“HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya), ilk oyun – 0:2;

“AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun – 1:2;

“Rusenborq” (Norveç) – “BATE” (Belarus), ilk oyun –1:2;

“Kopenhagen” (Danimarka) – “TNS” (Uels), ilk oyun – 2:0.

Qeyd edək ki, “Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində “Sutyeska” – “APOEL” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.