Azərbaycan ferroərintisinin Yaponiyaya ilk nəqli həyata keçirilib

0
30

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə birgə Azərbaycan ferroərintisinin Yaponiyaya ilk nəqlini həyata keçirib.

“ADY Konteyner”dən azərtac-a bildirilib ki, ilk partiyanın alıcısı Tokioda fəaliyyət göstərən “Hanwo Co. Ltd.”dir.

Qırx ton çəkisi olan ilk partiya 2 ədəd 20 futluq konteynerə yüklənərək “ADY Konteyner” MMC-nin balansında olan Sumqayıt terminalından Gürcüstanın Poti limanına yola salınıb. Konteynerlər Potidə gəmiyə yüklənərək dəniz yolu ilə Yaponiyanın Yokohama limanına çatdırılacaq.