Kirkorov: “Jara” yüksək təşkilatçılıq səviyyəsi ilə seçilir

0
28

“Jara” beynəlxalq musiqi festivalı digər musiqi layihələrindən yüksək təşkilatçılıq səviyyəsi ilə seçilir. Budəfəki “Jara” festivalında əsl şou ilə çıxış edirəm. Bu, izləyicilərin uzun müddət yaddaşında qalacaq. Bundan əlavə, payızda mənim növbəti solo konsertim baş tutacaq. Bu sözləri jurnalistlərə müsahibəsində “Jara-2019” musiqi festivalının iştirakçısı Rusiyanın Xalq artisti Filipp Kirkorov deyib.

“Mən artıq çox xoşbəxtəm. Çünki Azərbaycanın Xalq artisti, estrada ulduzu Aygün Kazımova ilə eyni səhnəni bölüşdüm. Biz “Djalma” mahnısı ilə çıxış etdik. Bu mahnıya “Jara” festivalı çərçivəsində klip çəkdirəcəyik. Belə bir müğənni ilə çıxış etmək mənim üçün böyük məsuliyyətdir. Biz bu proyekt üçün uzun müddət hazırlaşmışıq”, – deyə F.Kirkorov əlavə etdi.