Azərbaycan dördüncü oldu

0
85

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatıb.

alpaninfo.com APA-ya istinadən xəbər verir ki, bu gün bağlanış mərasimi keçiriləcək yarışda son dəst medallar da sahibini tapıb.

Sonuncu gün 23 mükafat dəsti uğrunda mübarizə gedib. Azərbaycan yığması medal sayını artıra bilməyib.

Ümumilikdə isə yeddi gün davam edən yarışda idmançılarımız 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu medallar üç idman növünə təsadüf edib. Yığmamız güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc), idman gimnastikasında 1 (1 gümüş) mükafata yiyələnib.
Bu göstərici ilə Azərbaycan festivalı 4-cü pillədə başa vurub. Böyük fərqlə 1-ci olan Rusiya neçə gündür zirvədə qərarlaşmışdısa, ilk “üçlük”dəki digər ölkələr son gündə müəyyənləşib. 2-ci yerə yüksələn Böyük Britaniya və 3-cü pillədə qərarlaşan Türkiyə Azərbaycanı arxada qoyublar.

Medal siyahısına ümumilikdə 38 ölkə düşə bilib. Mükafat qazanan bu yığmalardan 27-nin idmançısı çempionluq sevinci də yaşayıb.

yerölkəQızılGümüşBürüncCəmi
1Rusiya28172166
2Böyük Britaniya1112225
3Türkiyə1161027
4Azərbaycan107623
5İtaliya89926
6Ukrayna871025
7İspaniya741021
8Fransa681428
9Polşa63615
10Belarus62614
11Ruminiya410519
12Almaniya471526
13Xorvatiya4105
14İsveç3126
15Estoniya3025
16Hollandiya2349
17Finlandiya2316
18Çexiya2136
19İrlandiya2024
20Norveç1629
21Gürcüstan15713
22Danimarka1135
23Bolqarıstan1102
24Kipr1023
25İsrail1012
26Kosovo1001
26Avstriya1001
28Macarıstan091221
29Belçika0526
30İsveçrə0224
31Moldova0145
32Yunanıstan0134
32Serbiya0134
34Portuqaliya0101
34Litva0101
36Latviya0011
36Slovakiya0011
36Sloveniya0011
 Cəmi135135172442