Hesabında 19 medal olan Azərbaycan millisi ikinci pillədədir

0
96

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında dörd günlük idman mübarizəsinin yekununda 33 ölkənin təmsilçiləri medal qazanıblar. Dörd günün nəticələrinə əsasən medal siyahısına Rusiya yığma komandası başçılıq edir.

Bu komandanın aktivində 32 (13-8-11) medal var. Hesabında 19 (9-5-5) medal olan Azərbaycan millisi ikinci pillədə qərarlaşıb. Komandamızın heyətində güləşçilərimiz 8 qızıl, 5 gümüş və 3 bürünc, cüdoçularımız isə 1 qızıl və 2 bürünc medal qazanıblar. Güləşçilərimizdən yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.

“EYOF Bakı 2019″un medal siyahısında ilk üçlüyü 6 qızıl, 4 gümüş və 5 bürünc medalla Türkiyə seçməsi tamamlayır. Böyük Britaniya 12 (5-5-2) medalla dördüncü, İtaliya isə 11 (4-4-3) medalla beşinci pillədə yer alıb.

Festivala iyulun 27-də yekun vurulacaq.