Mingəçevirdə 6 ayda 17 məhəllə abadlaşıbdırılıb

0
65

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Sakinləri salamlayan icra başçısı qeyd edib ki, müstəqil dövlətimiz cənab Prezidentin başçılığı altında bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf edir:  “Bu inkişaf bu gün bölgələrdə də davam etdirilir. Dövlət başçımız əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır, Sərəncamlar imzalayır. Biz də çalışırıq ki, şəhərimiz gündən-günə gözəlləşsin, abadlaşsın, insanlar rahat şəkildə yaşaya bilsinlər. Mən qeyd etmək istərdim ki, son 6 ayda Mingəçevirdə 17 məhəllə abadlaşıb. Bu işlər durmadan davam edir.

Bir neçə gün idi ki, şəhərdə içməli  su problemi yaşanırdı. Artıq bu problem aradan qaldırıldı. Az.Dres qəsəbəsindən başlayaraq şəhərin suvarılma suyu ilə bağl məsələ də öz həllini tapır. Mən siz sakinlərə bildirəmək istəyirəm ki, sadəcə olaraq bu işlər vaxt və vəsait tələb edir. Onları da mərhələ-mərhələ həll edirik. Əgər şəhərdə 6 ay ərzində bu qədər işlər görülübsə, deməli, digər problemlər də mərhələli şəkildə aradan qaldırılacaq. Mən dəfələrlə vurğulamışam ki, ən ucqar məhəllə belə abadlaşacaq. Buna heç kimin şübhəsi olmasın. Bu şəhər bizimdir və biz də onu qurub yaratmağa qadirik”.

“Biz sizi çoxdan gözləyirdik inaırdıq ki, siz bizim də məhəlləyə gələcəksiniz, bizi də dinləyəcəksiniz” deyən sakinlər əvvəlcə başçıya minnətdarlıqlarını bildiriblər.  Daha sonra onları narahat edən digər problemlərdən söz açıblar. Burada səslənən ən qlobal problem insanları narahat edən içməli  su problemi ilə bağlı olub. Çıxış edən sakinlərdən bir neçəsi səhiyyədən, binalara yeni quraşdırılan dam örütklərinin su ötürücülərinin yaratdığı çətinliklərdən, vaxtı ötmüş ağacların yaratdığı  təhlükədən, şəhid bulaqlarına su çəkilməsindən, xeyir-şər mağarının təmirindən, bəzi həyətlərdə oturacaq skamyaların olmamasından danışıblar.

Bütün qaldırılan məsələləri dinləyən başçı İlham İsmayılov görüşdə iştirak edən aidiyyəti qurum rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Esmira Hidayətova, Mingəçevir