Şura iclasında bir çox məsələlərin həllinə aydınlıq gətirilib

0
133


Mingəçevir şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilib.  İclası şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd edib  ki, bugünki şura iclasının gündəliyində 3 mühüm məsələ durur:  “Əhalinin sanitar-epidemioloji sağlamlığının qorunması sahəsində şəhərdə aparılan işlər haqqında” hesabat, “Mingəçevir şəhərində  ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin  təmin edilməsi haqqında” hesabat, və “Mingəçevir şəhər İcra Hakimiyyətinə 2019-cu ilin 6 ayı ərzində daxil olmuş sənədlərlə işin, vətəndaşların təklif, ərizə, şikayətlərinə  baxılması vəziyyəti haqqında” hesabat.

Gündəlikdə duran birinci məsələ haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Validə Məmmədova, ikinci məsələ haqqında aparatın Ərazi idarəetmə və yerli  özünüidarəetmə orqanları  ilə iş şöbəsinin baş məsləhətçisi Xanlar Qurbanov,  üçüncü  məsələ haqqında aparatın Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heyran Şikarova çıxış ediblər.

  

Şura iclasında bir çox məsələlərin həllinə aydınlıq gətirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hər bir məsələnin həlli ilə bağlı konkret tapşırıqlar verib, tövsiyyələrini bildirib. Müzakirə olunan məsələlər barədə müvafiq qərar layihələri qəbul olunub.Tədbirin sonunda Prezidentin Sərəncamları ilə təltif olunan bir neçə şəhər ziyalısına  medallar təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir