Bu günədək 3 milyon 116 min 469 ton taxıl yığılıb

0
40

Respublika ərazisində taxıl biçini davam edir. İyulun 22-nə olan operativ məlumata görə, ölkə ərazisində 991792,3 hektar ərazidə taxıl biçini aparılıb, 337740 hektar ərazidə arpa, 654052,3 hektar ərazidə buğda biçini başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək cəmi taxıl sahələrinin 97,6 faizi biçilib. Ümumilikdə, bu günədək ölkə üzrə 3 milyon 116 min 469 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.

Abşeron, Ağdam, Ağdaş, Ağsu, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay, Qəbələ, Siyəzən və Neftçalada taxıl biçini başa çatıb. Qobustan, Xaçmaz, Qusar, Oğuz və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahənin 9262 hektarı artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 20113 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin 19114 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub:

RayonBuğdaArpa
Cəmi sahə, haBiçilib, haMəhsuldarlıqCəmi sahə, haBiçilib, haMəhsuldarlıq
Naxçıvan MR247291965924,48579697329,3
Abşeron30730714,676174112,5
Ağdam122281222839,02215221535,5
Ağdaş4273427325,0116301163024,1
Ağcabədi225032250337,16672667232,7
Ağsu204002040032,9159551595531,0
Balakən1215121528,045845828,7
Beyləqan106661066635,21765176529,2
Bərdə9041904144,32601260138,9
Biləsuvar135571355732,0164561645630,5
Cəbrayıl2430243035,055055030,5
Cəlilabad549085490837,14509450935,2
Füzuli284592845931,78505850529,0
Goranboy8764821031,0137501375029,0
Göyçay8740874030,06851685130,5
Hacıqabul259252161519,3110081035830,3
Xaçmaz192231911434,85786578630,0
İmişli127161271638,76322632234,2
İsmayıllı232002320036,36173617331,1
Kürdəmir181201812034,5299262992633,3
Qax109341093430,72881288126,2
Qazax8305830537,84250425025,7
Qəbələ157901579032,54400440032,1
Qobustan222582011325,39382926223,7
Quba105251013026,61973197223,9
Qusar1844418443,527,87691769128,0
Masallı7496749623,12786278621,4
Neftçala7982798232,4315953159526,8
Oğuz119691196231,04118411830,8
Saatlı190441904442,95822582236,2
Sabirabad155361553641,19600960037,7
Salyan6817681740,59917991736,2
Samux5941594132,63682367635,3
Siyəzən3788378829,22516251627,4
Şamaxı296302660721,0121721161717,9
Şəki46075,846075,833,7216552165534,2
Tərtər7094709441,53815381533,7
Tovuz137401374033,01724172426,4
Ucar7390739029,57716771626,7
Yevlax6631663134,65083508328,5
Zərdab129861298634,35730573030,6

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.