Qurban Qurbanov: “Bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq”

0
103

Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Sabahkı oyuna tam konsentrasiya olmalıyıq. Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov İrlandiyada “Dandolk”la keçirəcəkləri UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

“Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, oyuna tam konsentrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu bu oyun haqqında demək olmaz. Bilirik ki, bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq”, – deyə Q.Qurbanov qeyd edib.

Qeyd edək ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.