Azərbaycan liderlik edir

0
30

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında bu gün yarışların üçüncü gününə start verilib.

Azərbaycan güləşdə qazandığı 10 medala görə siyahıya liderlik edir.

Belə ki, dörd qızıl, dörd gümüş və iki bürünc medal qazanmış gənc komandamız ilk sıradadır. Üç qızıl və bir bürünc medal qazanmış İtaliya millimizi təqib edir.

Qonşularımızdan Rusiya səkkiz medalla (iki qızıl, bir gümüş və beş bürünc) III, üç medal (bir qızıl, bir gümüş və bir bürünc) qazanmış Türkiyə isə IV sıradadır. Gürcüstan dörd gümüş və iki bürünc medalla IX pillədə məskunlaşıb.

Ümumiyyətlə, iştirakçı 48 ölkədən 16-nın idmançıları medal qazana bilib.