Mənsimov Xalq artisti ilə görüşdü

0
75

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov səhhətində yaranmış ciddi problemlə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə ilə görüşüb. M.Mənsimov öz “facebook” səhifəsində görüşdən fotolar paylaşaraq bunları yazıb:

“Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir… Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir…

Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.

Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı… Sizi ayaqda görmək məni çox sevindirdi.

Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz”