Əlcəzair Afrika Millətlər Kubokunun qalibi olub

0
40

İyulun 19-da Misirdə təşkil olunan futbol üzrə Afrika Millətlər Liqasının final oyunu keçirilib. Həlledici görüşdə Əlcəzair və Seneqal milli komandaları qarşılaşıblar. Oyunun taleyini bir qol həll edib. Matçda yeganə qolu 2-ci dəqiqədə Əlcəzair millisinin hücumçusu Bunecah vurub. 1:0.

Qeyd edək ki, bu, Afrika Millətlər Kubokunda Əlcəzairin ikinci çempionluğudur.

 
19 iyul
 
Seneqal – Əlcəzair 0:1
Qol: 
Bunedjah, 2