“Bütün işlər şəhərin baş planına uyğun həyata keçirilir”

0
70

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir. Kür çayının sağ və sol sahillərində, Energetik qəsəbəsində, eləcə də digər  yaşayış massivlərində görülən işlər şəhərimizi daha da gözəlləşdirib. Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə imzaladığı sənədlər, verdiyi tapşırıq və tövsiyələr, sahibkarlara böyük və davamlı dövlət qayğısı qazanılan uğurların əsas şərtidir. Bu sözləri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti görüşündə deyib.

Bildirib ki, ölkə Prezidenti İlham Əliyev özəl təbii və coğrafi xüsusiyyətlərə malik Mingəçevirin də hərtərəfli inkişafı üçün qayğısını əsirgəmir: “Onu da deyim ki, bu kimi işlər həm də mövcud problemlərin həllində mühüm rol oynayıb. Bütün bunlar Azərbaycanın regionlarının bərabər şəkildə inkişaf etməsinin, həyata keçirilən regional inkişaf proqramlarının Mingəçevirin də sosial-iqtisadi vəziyyətinə əsaslı təsir etməsini, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməsinin əyani göstəricisidir”.

Görüşdə başçı birmənalı şəkildə vurğulayb ki, bütün görülən işlər şəhərin baş planına uyğun həyata keçirilir və bu istiqamətdə abadlıq və yenidənqurma davam etdirilləcək: “Çalışacıq ki, sakinlər  tərəfindən qaldırılan digər problemlər də mərhələ-mərhələ öz həllini tapsın”.

Keçirilən görüşdə sakinlər görülən işləri yüksək dəyərləndiriblər. Onlar Mingəçevirin yeni inkişaf dövrünə qədəm qoyduqlarını vurğulayıblar. Sakinlər, həmçinin mövcud problemləri də dilə gətiriblər. Belə ki, sakinlər şəhərdə təhlükə yarada biləcək ağacların hələ də budanmamasından, yük avtomobillərinin dayanacaq yerlərindən, çayxanaların yaşayış məhəllələrində tikilməsindən, parklarda içməli suyun olmamasından şikayətləniblər.

 İcra Hakimiyyətinin başçısı görüşdə iştirak edən sakinləri maraqlandıran bir sıra digər suallara da konkret cavablar verib. Eləcə də əlaqədar sahə rəhbərlərinə tapşırıqlarını çatdırıb.

Esmira Hidayətova, Mingəçevir