“Balqarpız”ımız da oldu

0
34

Saatlıdan olan bir fermer bostanında qeyri-adi üsulla qarpız yetişdirib. Daha doğrusu, qarpızı balqabaq ilə calaq edib. Nəticədə tam 16 kiloqramlıq qarpız yetişib. O, hətta bu bostan bitkisinə ad da qoyub – “Balqarpız”…

Xezerxeber.az-ın məlumatına görə, kökü balqabaq, meyvəsi isə qarpızdır. Çəkisi də nə az, nə çox, düz 16 kq-a bərabərdir.

Maraqlı calaq yolu ilə yetişən bu qarpız Saatlı rayonu Azadkənd sakini Ramiz Kərimovun ideyasının məhsuludur. Həvəskar calaqçı ilk dəfədir belə bitki yetişdirib. Onun sözlərinə görə, balqabağın kökü daha davamlı olduğu üçün qarpızla balqabağı calaq etmək qərarına gəlib.

Ramiz Kərimovun sözlərinə görə, onun bu calağı effektiv olduğundan gələcəkdə digər tərəvəzləri də balqabaqla calaq etməyi düşünür.

Aqronomlar isə bu üsulun adətən həvəskar fermerlərin həyata keçirdiklərini deyirlər. Qarpız və balqabaq tağ bitkiləri olduğu üçün onlar calaq edildikdə daha böyük qarpızlar əldə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: