“Meqafon”… üzr istədi

0
68

Rusiyanın ən böyük mobil operatoru olan “Megafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib.

Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçuk bildirib. Şirkət rəsmisi qeyd edib ki, “Megafon”un saytında qondarma “Dağlıq Qarabağ Respublikası” səhvən müstəqil dövlət kimi göstərilib və buna görə Azərbaycan xalqından üzr istəyirlər. 

“Səhvimizi düzəltmişik. Üzr istəyirik. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir”,- deyə Mixalçuk əlavə edib. 

Qeyd edək ki, “Meqafon” şirkəti öz saytında “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib və separatçılar üçün kommunikasiya xidmətləri təklif edib.