Mingəçevirdə maarifləndirici tədbir keçirilib

0
108

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mingəçevir şəhər İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə və ekstremizmə yox deyək” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər İdarəsinin nümayəndəsi, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Elşən Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, din xadimləri,  dini icma sədrləri və gənclər iştirak ediblər.

Çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, DTX-nın Mingəçevir şəhər İdarəsinin nümayəndəsi və başqaları dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı, xüsusən də Yaxın Şərqi narahat edən aktual məsələlərdən biri olduğunu qeyd ediblər. Bildirilib ki, dini radikalizm və ekstremizmə qarşı ölkəmzidə hər zaman mübarizə aparılıb. Həmçinin  ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hər kəsin sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir