Fərqlənmə attestatları təqdim edildi

0
166

Respublikamızın hər yerində olduğu kimi, son illər Mingəçevir şəhərinin təhsil ocaqları da uğuru nəticələrə imza atıblar. Belə təhsil müəssisələrindən biri də Mingəçevir İ. Qayıbov adına 10 saylı tam orta məktəbdir. Qeyd edək ki, bu məktəb hələ sovetlər birliyi dönəmində də qabaqcıl təhsi ocaqlarından biri olub. Bu mənada həmin məktəbdən söz düşəndə onu uğurlar ünvanı kimi dəyərləndirirlər.

 2018-2019-cu tədris ilində də  bu məktəb bir sıra uğurları ilə yaddaşlara həkk olunub. Belə ki, bu tədris ilində yenə şagirdlərdən biri -Ülviyyə Əmrahlı (671 bal) qızıl medala layiq görülüb, 3 şagird isə Aygün Həsənova, Ülviyyə Nəcəfli, Laçın Bağıyev məktəbi fərqlənmə attestatı ilə bitirib. Bu məzunlar orta məktəbdə əldə etdikləri nailiyyətləri ali məktəblər qəbul prosesində də təsdiqləyiblər.

Mingəçevir İ. Qayıbov adına 10 saylı tam orta məktəbin direktoru  Xumarə Mikayılova bu uğurlardan danışarkən qeyd etdi ki, əldə olunan uğurlarda müəllimlərimizin də kifayət qədər əməyi olub: “Sevincimizin həddi–hüdudu yoxdur. Məzunlarımıza attestatları təqdim edirik. Onu da bildirim ki, bu tədris ilində XI sinfi 84 məzun bitirir, onlardan 51 nəfəri azərbaycan, 33 nəfəri isə rus bölməsinin şagirdidir. 96 nəfər  şagird isə IX sinfi başa vurub. Onlardan 33 nəfəri rus, 63 nəfəri azərbaycan bölməsinin şagirdləridir. Onlardan 3 nəfəri də fərqlənmə attestatına layiq görülüblər”.

Müsahibimiz, həmçinin vurğuladı ki, rus bölməsinin şagirdlərindən çoxu Rusiyanın nüfuzlu univeristetlərinə qəbul olub: “Bizim məzunlar, həm ali məktəblərə qəbul olunmaları ilə, həm də həyatda qazandıqları uğurlarla bizləri sevindirirlər. Biz onlarla mütəmadi maraqlanırıq”.

Xumarə Mikayılovanın sözlərinə görə, rəhbərlik etdiyi məktəbin şagirdləri idman sahəsində dən müəyyən nailiyyətlər əldə ediblər: “Məsələn, bu günlərdə 7-ci sinif şagirdi Gülnarə Səidova İtalyanın Venetsiya şəhərində avarçəkmə üzrə keçirilən yarışda birinci yerə layiq görülüb”.

Xumarə xanımın fikrincə, bu kimi tədbirlərin təşkil olunmasının əsas məqsədi daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, şagirdlərin təhsilə və məktəbə marağını daha da artırmaqdan ibarətdir. 

 Məzunların əlamətdar günlərində valideynlər də sevinclərini bizimlə bölüşdülər. Valideyin Kamal Nəcəfli bildirdi ki, qrtıq ikinci övladı bu sevinci onlara yaşadır: “Övladım Ülviyyə Nəcəfli 4-cü qrup üzrə  imtahan verib və 598 bal toplayıb. Bir valideyn kimi onun uğuruna sevinirəm”.

Esmira Hidayətova, Mingəçevir