“Partizani” – “Qarabağ” 0:0

0
80

İyulun 10-da keçirilən UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Partizani” – “Qarabağ” oyununun birinci hissəsi 0-0 hesabı ilə başa çatıb. İAlk dəqiqələrdən irəli atılan Ağdam təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 27-ci dəqiqəsində “Qarabağ” hesabı açmağa yaxın olsa da, Filip Ozoviçin vurduğu zərbə qapı tirinə dəyərək meydanı tərk edib.

Oyunun ikinci hissəsində də tərəflər fərqlənə bilməyib və oyun 0-0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.


Çempionlar Liqası
I təsnifat mərhələsi
10 iyul
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan) – 0:0
21:00. “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) – 0:3

Roloviç, 30, Koxreidze, 67, Kakubava, 71
21:00. BATE (Belarus) – “Pyast” (Polşa) – 1:1
Draqun, 64 – Pajiçak, 36
22:00. “Ferensvaroş” (Macarstan) – “Lüdoqorets” (Bolqarıstan) – 2:1
Nquan, 6, Priskin, 65 – Sverçok, 31
22:15. “Slovan” (Slovakiya) – “Sutyeska” (Monteneqro) – 1:1
Sporar, 82 – Koyaseviç, 90
22:45. “Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç) – 0:2
Yensen, 22, Soderlund, 69
22:45. “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) – 0:0
00:00. “Valyur” (İslandiya) – “Maribor” (Sloveniya) – 0:3

Periçiç, 42, Hotiç, 60, Kronaveter, 86 (pen.)