Məqsəd əhalini ətraf mühit məsələləri üzrə daha fəal olmağa təşviq etməkdir

0
124

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyinin rəhbəri Füzuli Əsədovun təşkilatçılığı  ilə “Ətraf  mühitin  qorunmasında vətəndaş cəmiyyəti  institutlrının rolu mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində təlim keçirilib.

Tədbirin təlimçisi Fizuli Əsədov layihə barədə geniş məlumat verərək qeyd edib ki, məqsəd əhalinin sağlamlığının qorunması və ətraf mühit məsələləri üzrə daha fəal olmağa təşviq edilməsindən, onlarla dövlət arasında əlaqələrin inkişaf etdirilməsindən və mediaya sərbəst çıxışlarının təmin olunmasından ibarətdir.

Təlim QHT-lərə imkan verəcək ki, öz media və vətəndaş cəmiyyəti əlaqələrini inkişaf etdirsinlər və öz fəaliyyətlərini daha da genişləndirmək üçün müasir media vasitələrdən (sosial şəbəkələr, internet səhifələri, bloqlar) istifadə etsinlər.

Tədbirdə “Eko-TES” İctimaibirliyinin sədri ekoloq Çingiz Nəzərov  mövzu ilə bağlı geniş məlumat verib.Tədbir mövzu ətrafında  maraqlı diskusiya  ilə davam edib.

Esmira Hidayətova, Mingəçevir