Avropa Liqasında I təsnifat mərhələsi başlayır

0
22

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə start veriləcək.

İlk oyun günündə 3 matç keçiriləcək. Qarşılaşmalar Malta, Cəbəllütariq və Bolqarıstanda olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

9 iyul

19:55. “Sent Josefs” (Cəbəllütariq) – “Reyncers” (Şotlandiya)

20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya)

21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro)

Qeyd edək ki, I təsnifat mərhələsinin qalan oyunları 10 – 11 iyulda olacaq.

Cümə axşamı “Səbail” Rumıniya “Universitatya”sını qəbul edəcək. “Neftçi” isə Moldovada “Sperantsa”nın qonağı olacaq.

Bu matçlar müvafiq olaraq saat 20:00-da və 21:00-da başlayacaq.  (report)