Avtobusların 20-si 18 metrlik olacaq

0
68

Paytaxta gətiriləcək yeni avtobusların 20-si 18 metrlik olacaq. BAu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində agentlik tərəfindən paytaxta 300 yeni avtobus gətiriləcək. Avtobusların ilk hissəsinin avqustda gətirilməsi nəzərdə tutulur. Həmin avtobusların 20-si 18 metrlik olacaq.