“Əkinçi kuboku”na start verildi

0
32

Bu gün “Azfar Group”un təşkilati dəstəyi, 4 çarx Təkər Mərkəzinin təşkilatçılığı, “Mammedoff Group”un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu  ilə Jurnalistləri arasında mini-futbol üzrə “I Əkinçi Kuboku” turnirinə start verilir. 12 komadanın iştirakı ilə təşkil olunan turnir olimpiya sistemi üzrə keçiriləcək. 

“Əkinçi” qəzetinin yaradılmasının 144 illiyinə həsr olunmuş layihənin əsas məqsəd, jurnalistlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, jurnalistlərin asudə vaxtlarını səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi və jurnalistlər arasında xoş ünsiyyətin yaradılmasıdır.

Qeyd edək ki, oyunlar “Azfar Group”un stadionlarında keçilir. Qarşılaşmaları AFFA-nın referləri idarə edəcək..

“İnternasional” – “Zborpress” –  07.07.2019 saat 10:00-da

“İki Sahil” – “TreMiDaAz”  – 07.07.2019 saat 10:00-da

“Yeni Müsavat” – “REAL TV”  – 07.07.2019 saat 11:00-da

“İTV” – “APA” – 07.07.2019  saat 11:00-da

“ARB TV” – “ BAKI 2019” – 09.07.2019  saat 18:00-da

“İdman Azərbaycan” – “ Xəzər” –  09.07.2019 saat 20:00-da