Kasıbçılığın günahkarı kapitalizmdir

0
27

Yoxsulluğun yayılmasında müasir iqtisadi sistem günahkardır.

Bunu Nobel Sülh mükafatının sahibi Məhəmməd Yunis deyib.

Nobel mükafatçısı bildirib ki, kapitalizmdə insanı acgözlük marağı hərəkətə gətirir:

“Və bütün sistem bu inamdan çıxış edərək qurulur. İnsanın digərlərinin qayğısına qalmaq xüsusiyyəti ciddi qəbul edilmir”.

Onun sözlərinə görə, kapitalizm sistemi dərin böhran yaşayır: “Bu sistem həm inkişaf etməkdə olan, həm də qabaqcıl ölkələrdə yoxsulluğa səbəb olur. Kasıbçılığın səbəbi yaşadığımız kapitalizm sistemidir. O, kənardan boynumuza qoyulub, insanların özləri yaratmayıb”.

Banqladeşli M.Yunis qeyd edib ki, yoxsulluğa qalib gəlmək üçün kapitalizmin özünü düzəltmək lazımdır.(oxu.az)