Qubanın alma bağlarında cari ilin ilk məhsulu yığılır

0
46

Qubalı bağbanlar iyulun ilk günlərindən başlayaraq tezyetişən alma sortlarından məhsul yığımına başlayıblar. HAələlik “Papirovka” sortu alma yığılır. Bu sort almanın yığımı iyulun 15-nə qədər yekunlaşacaq.

Bağbanlar avqustdan etibarən alma bağlarında “Slava pobeditelyam”, “Melba”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarını yığacaqlar. Bu sortların məhsulunun toplanması avqustun sonunadək başa çatdırılacaq.

Təsərrüfatçılar ilk məhsulun yalnız yerli bazarda satıldığını bildirirlər. Çünki “Popirovka” dərildikdən sonra öz keyfiyyətini uzun müddət qoruya bilmir.

Tezyetişən alma sortlarının builki məhsuldarlığı yüksəkdir. “Yay alması”nın 1 kiloqramının qiyməti 0,50–0,80 manat arasında dəyişir.

Qubanın bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov bildirib ki, tezyetişən alma sortları, ümumi alma bağlarının çox cüzi hissəsini təşkil edir. Şimal bölgəsində “Slava pobeditelyam” adlı tezyetişən alma növü daha çox yayılıb. Bağbanlar təxminən 100 hektaradək bağda həmin alma sortunu yetişdirirlər.

Quba rayonu üzrə ümumilikdə, 15 min hektaradək alma bağı mövcuddur. azertac