Mingəçevir məktəblisi Ayselin uğuru

0
366

Mingəçevir məktəblisi təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrinə görə Mingəçevir N.Gəncəvi adına 8 saylı məktəbin 11- ci sinif şagirdi Seyidəhmədova Aysel Rauf qızı təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb. Bundan əvvəl Aysel buraxılış imtahanında 266 bal toplayıb. Məktəbi qırmızı attestat və qırmızı şəadətnamə ilə bitirmiş Ayselin arzusu riyaziyyat müəlliməsi olmaqdır.

Aysel saytımıza verdiyi açıqlamasında əldə etdiyi uğuru belə əsaslandırmağa çalışıb: “Buna görə çox sevinirəm. Düşünürəm ki, əldə etdiyim nəticə mənim gələcək təhsil həyatım üçün çox böyük önəm kəsb edəcək. Təcrübəmə əsasən deyə bilərəm ki, yüksək nəticə göstərməyimin əsas səbəbi müəllimlərim tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirməyim, məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etməyim, həmçinin daim öz üzərində çalışmağım, davamlı şəkildə öz biliklərimi artırmağımdır. Zənnimcə, bu kritetiriyalara əməl edən hər bir şagird uğur qazana bilər”.

Esmira  Hidayətova, Mingəçevir