Mingəçevirdə Polis Günü qeyd olunub

0
402

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Bu münasibətlə bu gün Mingəçevirdə də tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Şəhərin polis şöbəsinin akt zalında keçirilən tədbirdə ölkəmizin ərazisinin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin şəhid olan polis əməkdaşlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.

Polis Şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyev  tədbirdə  Azərbaycan polisinin, o cümlədən Mingəçevir  Polis Şöbəsinin əməkdaşlarının keçdikləri şərəfli yoldan danışıb. O, bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli bir yoldur. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. O, həmçinini qeyd edib ki, daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.

Digər çıxış edənlər də polis adını həmişə yüksəklərdə tutacaqlarınə vurğulayıblar. Veteran polislər bu yolda onlara uğurlar arzulayıbla.

Tədbirin sonunda  xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Esmira Hidayətova, Mingəçevir