Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması nələr vəd edir?

0
121

“Bu gün ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas məqsədlərindən biri aqrar sektorda yüksək nəticələrə nail olmaqdır. Əgər xatırlayırsınızsa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda növbəti illərdə də aqrar sektorun inkişafına xüsusi önəm veriləcəyini bildirərək demişdir: “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır”. Bu mənada Prezident İlham Əliyevin iyunun 27-də imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri ekspert Nicat Nəsirli sözügedən Fərmanla bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən söylədi.

Bildirdi ki, həmin Fərman əsasında hazırlanmış qaydaya əsasən, subsidiyaların verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, zaman itkisinin qarşısını alacaq: “Əvvəlki qaydalarda fermerlər il ərzində subsidiyaların alınması ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edirdilər. Yeni qaydaya əsasən, fermerlər mobil telefonlar, planşetlər və masaüstü kompyuterlər vasitəsilə şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini özündə ehtiva edən vahid bir sistemdə – Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabinetlərinə daxil olacaq və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcəklər. Bu sistemdə qeydiyyatdan keçməyən fermerlər isə subsidiya ala bilməyəcəklər. Yeri gəlmişkən, hazırda ölkədə fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. İndiyədək 300 mindən çox fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları bu bazaya daxil edib. Bu ilin sonunadək fermerlərin EKTİS-də qeydiyyatı prosesi tam yekunlaşdırılacaq”.

Subsidiyaların 2020-ci il yanvarın 1-dən verilməsinin nəzərdə tutulduğunu vurğulayan müsahibimiz, həmçinin qeyd etdi ki,  subsidiyalar bir qədər fərqli mexanizmlə hesablanacaq: “Belə ki, fermerlərə sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası və bitkiçilik məhsulunun hər tonuna görə məhsul subsidiyası veriləcək.

Onu da qeyd edək ki, fermerlərə indiyədək yanacaq və motor yağlarına, eləcə də gübrələrə, sertifikatlı toxuma, tingə, pestisidlərə görə ödənilən  birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilməsi nəzərdə tutulur. Hektar başına əkin subsidiyası regionlar və bitki növləri üzrə fərqli məbləğlərdə müəyyən ediləcək. Subsidiyaların verilməsi ilə bağlı monitorinq və qiymətləndirmələr aparılacaq və sui-istifadə halları aradan qaldırılacaq. Gələcəkdə  subsidiyanın məhsuldarlığa uyğun olaraq artırılması nəzərdə tutulur. Heyvandarlıq sahəsində isə subsidiyalar əvvəlki məbləğ və qaydada tətbiq olunacaq. Sadəcə, fermerlər EKTİS-də qeydiyyatda olmalı və subsidiya almaq üçün sistem vasitəsilə müraciət etməlidirlər”.

N.Nəsirlinin sözlərinə görə, yeni qaydalar kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini stimullaşdırmağa imkan verəcək: “Belə ki, Fərmana əsasən, 50 hektardan yuxarı sahəsi olan kənd təsərrüfatı kooperativlərinə verilən əkin subsidiyasının miqdarı 10 faiz artıq olacaq. Şübhəsiz, bu da fermerləri kooperativlər formasında fəaliyyət göstərməyə təşviq edəcək. Fikrimcə, hazırkı şəraitdə aqrar sahənin inkişaf etdirilməsində ən vacib məsələlərdən biri ölkəmizdə kooperasiyanın inkişaf etdirilməsidir. Yeri gəlmişkən, kooperasiyanın inkişafı istiqamətində təbliğat işlərinin qurulması, yerlərdən daxil olan təşəbbüslərə dəstəyin verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi də yaradılıb. Subsidiya mexanizminin kənd təsərrüfatının inkişaf məqsədlərinə çevik şəkildə uyğunlaşdırılması məqsədilə isə Aqrar Subsidiya Şurası da yaradılacaq. Müxtəlif qurumlara məxsus 7 nəfərdən ibarət Şuraya ictimai əsaslarla kənd təsərrüfatı naziri rəhbərlik edəcək. Şura subsidiyaların təkmilləşdirilməsi, təsdiq edilən baza məbləği olan 200 manata bitkiçilik sahəsinin subsidiyalaşdırılması üçün tətbiq olunacaq əmsalları, toxumçuluq sahəsi ilə bağlı kvotaları müəyyən edəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil” Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş

Bölmədən digər xəbərlər

Dünyanın ən böyük kiber hücumları 
 02 iyul 2019 10:21

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib 
 01 iyul 2019 18:50

İcra hakimiyyətinə avtomobil üçün 55 min manat ayrılıb 
 01 iyul 2019 17:45

Ağcabədinin 4 kəndində yol infrastrukturu yenidən qurulur 
 01 iyul 2019 17:30

Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb 
 01 iyul 2019 17:29

Havanın kəskin dəyişməsi kənd təsərrüfatı üçün risklər yaradır 
 01 iyul 2019 17:11

2 iyul Azərbaycanda Polis Günüdür

Minskdə qazanılan medallar: 5 qızıl, 10 gümüş, 13 bürünc

Oturaq vəziyyətdə çalışanlar nələrə diqqət etməlidir?

Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm

Ceyms Bond filminin Londonda çəkilişləri başlayıbƏN ÇOX OXUNANALAR

Yadplanetlilərin şəhəri üzə çıxdı -Ayda yeni kəşf

Son sərəncamlar bir daha göstərir ki, dövlət başçısı xalqını düşünür

Kəmaləddin Heydərov: İlkin versiyaya görə yanğın quru otdan başlayıb

Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir

Prezident Sənubər İsgəndərliyə ev