Kipr, yoxsa Kıbrıs?

0
94

Kipr adası türk və yunan icmalarının nəzarəti altında olan 2 müstəqil hissəyə bölünüb.

Şimalda yaşayan türklər adanı Kıbrıs, cənubda yaşayan yunanlar isə adanı Kipros adlandırırlar. Azərbaycan dilində işlədilən Kipr sözü isə Sovet dönəmində rus dil qaydalarına uyğun transkripsiya ilə dilimzə daxil edilib.

Adanın istər türk, istərsə də Qərb dillərində oxşar səslənən Kıbrıs ifadəsinin dilçilik normalarımız baxımından istifadə olunması daha doğru olmazdımı?

Modern.az məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitutunun direktoru Mövsün Nağısoylunun mövqeyini öyrənib. Direktor adanın adının Azərbaycan dilində Kıbrıs kimi işlədilməsini düzgün hesab etməyib.

“Bu söz bizim dilçilikdə Kipr sözü olaraq qəbul edilib və dildə belə işlənir. Dildə sabitləşmiş bir sözün adını dəyişərək Kipr yox Kıbrıs kimi işlədilməsi düzgün deyil. Türkiyə türkcəsində artıq o ad işlənir və söz olaraq da müəyyənləşib. Bizim dilçilikdə isə Kipr sözü kimi sabitləşib. Türkiyə türkcəsindəki kimi Kıbrıs ifadəsinin işlənməsi ehtimalı yoxdur.”