“Accord” Mingəçevir Maşınqayırma Zavodunun yenidənqurmadan sonra açılışı olub

0
332

“Accord” Mingəcevir Maşınqayırma Zavodu” ASC-nin yenidənqurmadan sonra açılışı olub. Bu tədbir çərçivəsində zavodun həyətində ucaldılan ulu öndər Heydər Əliyevin büstünün də açılışı keçirilib. Tədbir iştiakçıları abidənin önünə tər çiçəklər qoyub və Ümummilli Liderin ruhuna dualar oxuyublar.

Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov, ”Accord“ MMC-nin baş icraçı direktoru Razim Məmmədov, müəssisənin direktoru Eyvaz Həsənov, İqtisadiyyat nazirliyinin nümayəndələri zavodun işçilər ilə görüşüb, müəssisənin yenidənqurma, təmir-tikinti, abadlıq və quruculuqdan sonra fəaliyyətə başlaması ilə bağlı hər kəsə uğurlar arzulayıblar.

Qeyd edək ki, Mingəçevir şəhərinin Kür çayının sağ sahilində yerləşən “Accord” Mingəçevir Maşınqayırma zavodu Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində yenidən qurulub.

Məlumat üçün bildirək ki, bu zavod 1957- ci ildə yaradılıb və Mingəçevir SES –nin Mexanikləşdirmə idarəsinin tərkibində fəaliyyət göstəib. Müxtəlif illərdə zavodun adı dəyişdirilib. 2018- ci ildən isə “Accord İndustrial Company” MMC tərəfindən “Mingəçevir Maşınqayırma Zavodu” ASC adlanır.

Zavod əsasən müxtəlif çeşidli  metal konstruksiyaların  istehsalı ilə məşğuldur. Hazırda müasir avadanlıqlar təcihiz zavod aqrar sektorun servis sahələri üçün müxtəlif metal konstruksiyalar, mülki tikinti işlərində, habelə yol və körpü tikintisi sahələrində istifadə edilən dəmir-beton məmulatları üçün metal qəliblər, avtonəqliyyat vasitələri, beton və asfalt zavodları üçün metal ehtiyat hissələri və s. istehsal edəcək. Müəssisə istehsal ilə bərabər, peşəkar layihələndirmə və montaj işlərini də həyata keçirəcək.

Esmira Hidayətova, Mingəçevir