Evlər daha ağıllı olacaq

0
330
Ağıllı telefon, ağıllı saat, ağıllı maşından sonra növbə çatdı ağıllı evlərə. Xüsusi sensorlarla bir-birnə bağlanan elektronik əşyalı evlər, rəqamsal monitor və ya ağıllı telefonlar vasitəsilə asanlıqla idarə oluna bilir.
Səhər işə tələsərək evdən çıxdınız və pəncərəni bağlamağı unutdunuz. Yağış yağacağı gözlənilir amma siz məsafə uzaq olduğu üçün geri dönə bilmirsiniz. Kədərlənməyin! Ağıllı telefonuzun köməyi ilə çox asanlıqla pəncərəni uzaq məsafədən bağlaya hətta, evin istilik dərəcəsinə nəzarət edə bilərsiniz.

Keçən il “Panasonic” şirkəti tərəfindən alınan “Viko” şirkəti, “Thea IQ” markası ilə binaların avtomatlaşdırılması qərarına aldı. “Viko” şirkətinin nümayəndəsi Nusret Kayhan Apaydən:

“Bu günə qədər villalar başda olmaqla bir çox otellər, binalarda avtomatlaşdırma işini aparmışıq. Yeni sistemlərin köməyi ilə, evinizdəki xüsusi rəqəmsal ekrana toxunaraq, əvvəlcədən düşündüyünüz ssenarini həyata keçirəcəksiniz. Evdən çəxarkən tək bir toxunuşla evdəki bütün kommunal xidmətləri bağlaya bilərsiniz. Yaxud, tətilə gedərkən, elə sistem qurursunuz ki, işıq arabir yanıb sönsün. Oğurluğa gəlmək istəyənlər evdə kiminsə olduğunu düşünürlər. Bu sistemi biz “Viko” ofislərində quraşdırırıq”.

Ağıllı ev sistemlərindən istifadə etmək üçün, xüsusi kabel xəttinin çəkilməsi şərtdir. Ağıllı ev sisteminə bağlanacaq cihazların KNX adı verilən xüsusi bir satandartta olması lazımdır.

 

KNX nədir?

Ev və bina avtomatlaşdırılmasında dünya səviyyəsində qəbul edilmiş protokolun adı KNX-dir. KNX-nin köməyi ilə enerji, işıqlandırma, pərdə, kondisioner, suvarma, televizor, soba, paltaryuyan, qabyuyan maşın kimi fərqli cihazları bir-birinə bağlayıb tək paneldən idarə edilə bilinəcəksiniz. Əgər siz ağıllı ev alırsınızsa mütləq KNX-nin olub-olmaması ilə maraqlanmalısınız.

Kiçik bir atelyedən, minlərcə

kilometrlərə uzanan fabrikə..

“Viko” ev üçün “razetka”lar istehsal edən balaca bir şirkətdən, Türkiyədə və dünyada çox önəmli yerə sahib olan bir firmaya çevrildi. Bu gün isə 750 min insanın çalışdığı, 56 min kvadrat metrlik son texnologiyanın istehsal edildiyi nəhəng fabrikə çevrilib. Şirkətin bu nəaliyyətlərindən sonra Yaponiya nəhəngi “Panasonic”, “Viko”nun səhimlərinin 90 faizini alıb. İndi isə bu şirkətlərin birləşməsindən yeni sürprizlər gözlənilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here