Merkel ciddi müayinədən keçməlidir

0
79

Həftə ərzində ikinci dəfə canlı yayımda titrəyən Merkelin səhhəti barədə yeni açıqlamalar verilib. Həkimlər 8 gün əvvəl Merkelin səhhəti ilə bağlı yaşadığı problemin isti hava və susuzluq səbəbilə olduğunu deyiblər.

Ancaq, eyni problemin ikinci dəfə təkrarlanması həkimləri xəstəliklə bağlı daha ciddi düşünməyə sövq edib. Onların sözlərinə görə, bu hal parkinson və ya skleroz kimi xəstəliklərin əlamətləri ola bilər.

Bu səbədən kansler ciddi müayinədən keçməlidir. Alman mətbuatı hökumətə yaxın mənbələrə istinadən xəbər verib ki, Merkelin əllərinin istəksizcə əsməsi qanda şəkərin düşməsi ilə əlaqədardır. 14 ildir iqtidarda olan Angela Merkelin səhhətinin hazırda yaxşı olduğu bildirilib.